Müştərilərinizi artırın və onları məmnun saxlayın
Mühasiblər üçün Maliapp
Mühasiblər üçün Maliapp
Müştərinizi Maliapp hesabına əlavə edərək, ona aid bütün mühasibatlıq məlumatlarını onun üçün əlçatan edin. Bununla da müştərilərinizin məmnuniyyətini artırın və vaxtınıza qənaət edin.
Maliapp-də e-qaimə yaratmaqdan tutmuş anbar düzəlişlərinə qədər bütün funksionallıq asan və sürətlidir. Sürətli əməliyyatlar isə sizin üçün müştərilərinizi artırmaq şansı deməkdir.
Artıq hər biznes üçün ayrı yerlərdə mühasibatlıq aparmayacaqsınız. Maliapp hesabınıza bir neçə şirkət əlavə edin və hər birinin mühasibatlığını ayrıca olaraq bir platformadan aparın. İşinizi sadələşdirməklə daha çox iş görə bilərsiniz. Daha çox iş də, daha çox qazanc deməkdir.
Bəli, bunun üçün yeni biznes yarat düyməsinə klik etməlisiniz. Müvafiq məlumatları daxil etdikdən sonra biznesiniz yaradılmış olur. Artıq 2 müxtəlif biznesə ayrı ayrılıqda keçid edə və mühasibatını apara bilərsiniz. Yarada biləcəyiniz bizneslərin sayında heç bir məhdudiyyət yoxdur.
Hesab-faktura yaratmaq heç vaxt bu qədər sadə olmayıb. Sadəcə şirkətin məlumatlarını qarşı tərəfin məlumatlarını və məhsul üzrə məlumatları daxil edib yaradırsınız. Üstəlik hesab-faktura əsasında elektron qaiməni də bir düymə ilə göndərmək mümkündür.
Bəli yaradılmış hesab-fakturanı istər link ilə, istərsə də PDF-ini yükləyərək göndərə və ya çap edə bilərsiniz.
Biznesinizin Maliapp-dən necə faydalana biləcəyini görmək üçün profil yaradın. İstifadə tam ödənişsizdir!
Kodu yenidən göndər
Qeydiyyat emailini dəyiş
Yeni hesab yaradın və maliyyə işlərinizi onlayn şəkildə asanlıqla idarə edin!
Hesabınıza daxil olun və maliyyə işlərinizi onlayn şəkildə asanlıqla idarə edin!
Hesabınıza bağlı olan E-mail adresinizi daxil edin. Daha sonra, sizə göndərilən link vasitəsilə şifrənizi bərpa edə bilərsiniz.
İstifadə şərtləri
Maliapp.az saytından (bundan sonra "sayt") istifadə etmək barədə bu İstifadə Şərtləri (bundan sonra "Razılaşma"), sayt üzərindən xidmətlərin göstərilməsi qaydasını tənzimləyir, həmçinin SOFTECH MMC (bundan sonra “İcraçı”) ilə xidmətin İstifadəçisinin (bundan sonra “İstifadəçi”), qarşılıqlı hüquq və öhdəliklərini müəyyən edir.
Hazırki İstifadə Şərtlərində “xidmətlər” ifadəsi veb sayt üzərindən istifadəçiyə təqdim olunan xidmətlərə istinad edir.
Hazırki İstifadə Şərtlərində “istifadəçi” ifadəsi Maliapp veb saytının müştərilərinə, nümayəndələrinə və müştəri təşkilatlarının digər səlahiyyətli istifadəçilərinə, potensial müştərilərə və Maliapp xidmətləri istifadəçilərinə istinad edir.
Hazırki İstifadə Şərtləri xidmətlərin təqdim olunmasında və ya başqa şəkildə dəyişiklikləri əks etdirmək üçün vaxtaşırı olaraq yenilənə bilər.
Müqavilənin predmeti
İstifadənin ümumi qaydaları
Tərəflərin hüquq və vəzifələri
Əqli mülkiyyət
Tərəflərin məsuliyyəti
İstifadəçi hesabları
Ödənişlər
Şikayətlər
Yekun müddəalar
MƏXFİLİK SİYASƏTİ
Fərdi məlumatlar haqqında bu Məxfilik Siyasəti (bundan sonra "Məxfilik Siyasəti"), www.maliapp.az domenində yerləşən Maliapp veb saytının və onun mobil tətbiqinin (bundan sonra “Maliapp”) istifadəçisinin sayt və xidmətlərdən istifadə edərkən toplanan fərdi məlumatları ilə əlaqədardır.
Hazırki Məxfilik Siyasətində “xidmətlər” ifadəsi veb sayt və mobil tətbiq üzərindən istifadəçiyə təqdim olunan xidmətlərə birgə istinad edir.
Hazırki Məxfilik Siyasətində “istifadəçi” ifadəsi Maliapp veb saytının və mobil tətbiqin müştərilərinə, nümayəndələrinə və müştəri təşkilatlarının digər səlahiyyətli istifadəçilərinə, potensial müştərilərə və Maliapp xidmətləri istifadəçilərinə istinad edir.
Hazırki Məxfilik Siyasətində “fərdi məlumatlar” ifadəsi istifadəçinin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənlişdərməyə imkan verən istənilən məlumatlara istinad edir.
Hazırki Məxfilik Siyasəti məlumatların işlənməsi prosesində və ya başqa şəkildə dəyişiklikləri əks etdirmək üçün vaxtaşırı olaraq Şirkət tərəfindən birtərəfli qaydada yenilənə bilər.
Maliapp veb saytı və mobil tətbiqi SOFTECH MMC şirkətinin (bundan sonra “Şirkət”) rəsmi mülkiyyətidir. İstifadəçilərin fərdi məlumatlarının işlənməsi ilə əlaqədar olaraq SOFTECH MMC məlumat nəzarətçisi kimi çıxış edir. Bu o deməkdir ki, SOFTECH MMC fərdi məlumatların işlənməsinin məqsəd və işlənmə vasitələrini müəyyən edir.
Maliapp veb saytı və mobil tətbiqi Azərbaycanda olan istifadəçilər üçün nəzərdə tutulmuşdur. Avropa İttifaqının (Aİ) vətəndaşları və ya AB ölkələrindən hər birinin ərazisində olan şəxslər üçün nəzərdə tutulmur. Bu cür istifadəçilər saytdakı qeydiyyat prosedurundan keçməməli, veb saytdan və mobil tətbiqdən hər hansı bir məqsəd üçün istifadəni dərhal dayandırmalıdırlar.
1. Ümumi müddəalar
1.1. İstifadəçi (fərdi məlumatların subyekti) Maliapp-dən istifadə etdikdə və qeydiyyatdan keçdikdə hazırki Məxfilik Siyasətinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Şirkət tərəfindən istifadəçinin fərdi məlumatları toplanır.
1.2. Maliapp-dən istifadə edən istifadəçi, Maliapp-dən istifadə etməklə məlumatlarını daxil edərək və ya qeydiyyatdan keçərək bu Məxfilik Siyasəti ilə və onun şərtləri ilə razılaşdığını təsdiqləyir və fərdi məlumatların toplanmasına və istifadəsinə “Fərdi məlumatlar haqqında" Qanunun 8.1-ci maddəsinə uyğun olaraq yazılı razılığını vermiş hesab olunur.
1.3. Məxfilik Siyasətinə edilmiş dəyişiklərlə razı olmadıqda, istifadəçi saytdan və mobil tətbiqdən istifadə etməyi dərhal dayandırmalıdır.
1.4. İstifadəçi, "Fərdi məlumatlar haqqında" Qanunun 7.2-ci maddəsinə uyğun olaraq məlumatların toplanmasına və istifadəsinə yazılı etirazını Şirkətə təqdim edə bilər. İstifadəçi, fərdi məlumatların emalına etiraz etməsi ilə əlaqədar "fərdi məlumatların emalına razılığın ləğvi" başlıqlı məktubunu [email protected] email ünvanına və ya Vəli Məmmədov küç. 1, Səbail, Bakı, Azərbaycan ünvanına göndərə bilər.
1.5. Bu Məxfilik Siyasəti yalnız Maliapp-ə tətbiq olunur. Şirkət, istifadəçi tərəfindən Maliapp-də mövcud olan keçidlər (linklər) vasitəsilə açılan üçüncü şəxslərin saytlarına nəzarət etmir və məsuliyyət daşımır.
1.6. Şirkət, istifadəçinin təqdim etdiyi fərdi məlumatların düzgünlüyünü yoxlamır. Saytda və mobil tətbiqdə yüklənən hər hansı fərdi məlumat "olduğu kimi" qəbul edilir və dəqiqlik üçün əvvəlcədən yoxlanılması şərti deyil.
2. Məxfilik Siyasətinin mövzusu
2.1. Bu Məxfilik Siyasəti, Şirkətin İstifadəçi tərəfindən qeydiyyatdan keçərkən (hesab yaradılması) və Maliapp-də göstərilən xidmətlərdən istifadə edərkən təqdim etdiyi fərdi məlumatların məxfiliyinin mühafizəsi üçün öhdəliyini müəyyən edir.
2.2. Saytın müəyyən funskiyalarından istifadə etmək üçün İstifadəçilərdən əlavə məlumatları təqdim etmək tələb oluna bilər.
2.3. Bu Məxfilik Siyasəti çərçivəsində emalına icazə verilmiş fərdi məlumatlar, İstifadəçi tərəfindən saytda və mobil tətbiqdə qeydiyyat formasını və digər formaları doldurmaqla təqdim edilir, habelə İstifadəçinin seçdiyi xidmətlərdən asılı olaraq təqdim olunmalı məlumatları əhatə edir:
2.3.1. Qeydiyyat və giriş üçün tələb olunan məlumatlar:
2.3.2. Xidmətlərin həyata keçirilməsi üçün sənəd tərtib edəndə tələb olunan və sənəddə əks olunan məlumatlar
2.3.3. Xidmət səviyyəsinin artırılması məqsədi ilə Maliapp xidmətlərinin istifadəsi ilə bağlı analitik məlumatlar (adsızlaşdırılmış şəkildə)
2.3.4. Bazar araşdırması və statistik məqsədlə istifadəçilərin maliyyə vəziyyətləri ilə bağlı istənilən analitik məlumat (adsızlaşdırılmış şəkildə)
2.3.5. Elektron qaimələrin Maliapp üzərindən göndərilməsi və çəkilməsi funksiyası aktivləşdirildiyi təqdirdə İstifadəçinin VÖEN-i
2.3.6. Onlayn ödənişlərin Maliapp üzərindən qəbul olunmas funksiyası aktivləşdirildiyi təqdirdə İstifadəçinin bank rekvizitləri
2.4. Maliapp sistemin statistik göstəricisinin ("pixel") quraşdırıldığı səhifələrə daxil olarkən avtomatik olaraq ötürülən məlumatların mühafizəsini təmin edir:
2.6. Maliapp, İstifadəçilərin IP-ünvanlarına dair statistika toplayır. Bu məlumat texniki problemləri müəyyən etmək, həll etmək və xidmətlərin yaxşılaşdırılması üçün istifadə olunur.
3. İstifadəçinin fərdi məlumatlarının toplanılması və işlənilməsinin məqsədləri və hüquqi əsasları
3.1. Fərdi məlumatların işlənilməsi Şirkətin öhdəliklərini yerinə yetirməsi üçün, Maliapp-in tam fəaliyyətini təmin etmək üçün, xidmət səviyyəsinin artırılması üçün, həmçinin aşağıdakı digər məqsədlər üçün həyata keçirilir.
4. Fərdi məlumatların işlənilməsinin üsulları və müddətləri
4.1. İstifadəçinin fərdi məlumatlarının emalı, vaxt məhdudiyyəti olmadan hər hansı bir qanuni yolla, o cümlədən şəxsi məlumatların informasiya sistemlərində avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu cür vasitələrdən istifadə etməməklə aparılır.
4.2. Maliapp-də istifadəçi tərəfindən təqdim olunan məlumatlar saytın istifadəsi müddətində və istifadəçinin hesabını ləğv etdiyi halda, Şirkət tərəfindən müəyyən edilmiş lakin hesabın silinmə tarixindən sonra 90 (doxsan) gündən artıq olmayan müddət ərzində saxlanılır.
4.3. Şirkət, toplanan fərdi məlumatların yeganə sahibidir və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda, istifadəçi üçün xidmətlərin yerinə yetirilməsi məqsədilə üçüncü şəxslərə ötürə bilər.
4.4. Şirkət, istifadəçilər tərəfindən ödəniş məqsədləri üçün daxil edilmiş bank kartalrının məlumatlarını saxlamır və üçüncü şəxslərə ötürmür.
4.5. Şirkət, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq fərdi məlumatları aşağıdakı hallarda üçüncü şəxslərə ötürə bilər:
4.6. Dövlət orqanlarının tələbi ilə istifadəçilərə aid fərdi məlumatların ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.7. Şirkət, istifadəçinin şəxsi məlumatlarının emalında qeyri-qanuni açıqlanmasının, təsadüfi məhvinin, dəyişdirilməsinin, bloklanmasının, təkrarlanmasının, yayılmasının və üçüncü şəxslərin digər qeyri-qanuni hərəkətlərinin qarşısının alınması üçün müəyyən zəruri təşkilati və texniki müdafiə tədbirləri görür.
4.8. Şirkət, şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün müxtəlif təhlükəsizlik əlavələrindən istifadə edir. Yalnız xüsusi tapşırıqla çalışan şəxslər (məsələn, texniki dəstək) şəxsi məlumatlara giriş edə bilər. Məxfi məlumatların qeyd olunduğu serverlər və kompüterlər təhlükəsiz mühitdə saxlanılır.
4.9. Fərdi məlumatların ötürülməsinə razılıq istifadəçi tərəfindən ləğv edilə bilər. Şirkət, fərdi məlumatların verilməsi üçün istifadəçinin razılığının ləğv edilməsi barədə məlumat aldıqdan sonra bu məlumatların ötürülməsini dərhal dayandırmağı öhdəliyinə götürür.
4.10. İstifadəçi məlumat sistemində öz fərdi məlumatlarının toplanması, üçüncü şəxslərə verilməsi və emalı üçün qanuni əsaslandırmanı tələb edə bilər və bu məlumatın üçüncü tərəflərə verilməsi, emalı və toplanmasının onun üçün hansı hüquqi nəticələr yarada biləcəyi barədə məlumat ala bilər. (Hüquqi əsas - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, “Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi Qaydası”).
4.11. Fərdi məlumatların itirilməsi və ya icazəsiz şəkildə açıqlanması hallarında, Şirkət fərdi məlumatların itirilməsi və ya açıqlanması barədə istifadəçiyə bu halın aşkarlanmasından sonra 3 (üç) iş günü ərzində məlumat verməlidir.
4.12. Şirkət, istifadəçinin şəxsi məlumatlarının itirilməsi və ya açıqlanması nəticəsində yaranan zərərlərin və ya digər mənfi nəticələrin qarşısını almaq üçün lazımi tədbirləri görür.
4.13. Fərdi məlumatların toplanması və emalı məqsədlərinə nail olunduqda və ya müvafiq hesab silindikdə və məlumatları saxlama zərurəti aradan qalxdıqda, fərdi məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada arxivləşdirilir.
5. Tanımlama məlumatların istifadəsi
5.1. Şirkət, İstifadəçilər Maliapp-i ziyarət etdikdə statistik məlumatları və digər məlumatları toplamaq və saxlamaq üçün tanımlama məlumatları və veb-mayaklar da daxil olmaqla, müxtəlif texnologiyalardan istifadə edir.
5.2. Tanımlama məlumatları, Maliapp xidmətlərindən istifadəni asanlaşdırmağa və İstifadəçilərin məcmu məlumatlarını yaratmağa imkan verən, İstifadəçilərin cihazına göndərilən və saxlanan kiçik mətn sənədləridir. Tanımlama məlumatları İstifadəçinin cihazına və ya fayllarına zərər verməyəcəkdir. Bəzi tanımlama məlumatları xidmətlərin istifadəsi və fasiləsiz emalı üçün tələb olunur. Digər tanımlama məlumatları xidmətlərin necə istifadə edildiyi barədə məlumat toplayır, məsələn, xidmətlərin yaxşılaşdırılması üçün hansı məzmunun daha sıx ziyarət olunduğu haqda məlumat.
5.3. İstifadəçilər veb bələdçisini tanımlama məlumatlarından imtina edilməsinə və ya tanımlama məlumatları göndərildiyi zaman xəbərdaretmə rejiminə uyğunlaşdıra bilər.
5.4. Tanımlama məlumatları Maliapp-ə giriş imkanlarını yaxşılaşdırmaq və təkrar Maliapp-ə dönüşləri müəyyən etmək üçün istifadə olunur və heç bir məxfi məlumatları ötürmür.
5.5. Tanımlama məlumatlarını dayandırmaq, avtorizasiya tələb edən Maliapp-in bəzi hissələrinə daxil olmanın qeyri-mümkünlüyü ilə nəticələnə bilər.
6. İstifadəçinin hüquqları
6.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İstifadəçinin aşağıdakı hüquqları vardır:
7. Tərəflərin vəzifələri
7.1. İstifadəçi:
7.2. Şirkət:
8. Tərəflərin məsuliyyəti
8.1. İstifadəçinin fərdi məlumatlarının istifadəsi ilə bağlı yaranan bütün anlaşılmazlıqlar və mübahisələr İstifadəçi Razılaşmasında göstərilən qaydada həll edilir və Şirkət, Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyır.
8.2. Aşağıdakı hallarda Şirkət fərdi məlumatın verilməsi və ya açıqlanmasına görə məsuliyyət daşımır:
8.4. “Fərdi məlumatlar haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, fərdi məlumatların toplanılması və işlənilməsi, həmin məlumatların mühafizəsinin tam təmin olunmaması nəticəsində istifadəçiyə dəyən maddi və mənəvi ziyan və onun həcmi məhkəmə tərəfindən müəyyən edilir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
8.5. Azərbaycan Respublikasının məhkəmələri bu Məxfilik Siyasətindən irəli gələn və ya əlaqədar olaraq yaranan hər hansı mübahisələrə dair müstəsna səlahiyyətlərə malikdirlər.
9. Digər şərtlər
9.1. Məxfilik Siyasəti ictimaiyyətə açıq bir sənəddir, onun cari nəşri https://maliapp.az/settings/razilasmalar saytında yerləşir.
9.2. Şirkət istənilən vaxt əvvəlcədən və ya sonradan xəbərdarlıq etmədən Məxfilik Siyasətinə dəyişiklik etmək və ya əlavə etmək hüququnu özündə saxlayır. Bu cür dəyişikliklər Məxfilik Siyasətinin yeni versiyasının saytda yerləşdirildiyi tarixdən etibarən 3 (üç) gün keçdikdən sonra qüvvəyə minir. İstifadəçi, Məxfilik Siyasətinin dəyişiklikləri mütəmadi olaraq yoxlamalıdır. Məxfilik Siyasətində dəyişiklik edildikdən sonra Maliapp-dən istifadənin davam etdirilməsi, İstifadəçinin bütün dəyişiklikləri qəbul etdiyini və onlarla razı olduğu mənasını daşıyır. İstifadəçi dəyişikliklərlə razı deyildirsə, Maliapp-dən istifadə etməkdən imtina etməli, onun materiallarını və xidmətlərini istifadə etməyi dayandırmalıdır.
9.3. Toplanan məlumatlar, onların istifadəsi və açıqlanması şərtləri haqqında məlumat almaq məqsədi ilə Maliapp-i nəzərdən keçirmək İstifadəçinin məsuliyyətidir. Dəyişiklik edilmiş Məxfilik Siyasəti, dəyişikliklər haqqında məlumat alıb almamasından asılı olmayaraq, İstifadəçi üçün tətbiq olunur.
9.4. Bu Məxfilik Siyasəti Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzimlənir və şərh olunur.
10. Əlaqə məlumatları
İstifadəçi, fərdi məlumatların emalı ilə bağlı sorğu və şikayətlərini Şirkətin elektron ünvanına: [email protected] və ya Vəli Məmmədov küç. 1, Səbail, Bakı, Azərbaycan ünvanına göndərə bilər.